Qəhvənin xeyir və zərəri nədir?
Faydaları:Həzm prosesini az da olsa
sürətləndirməyə kömək edir, insanın enerjisini artırır. Əsasən beyində qan
dövranını yaxşılaşdırır, insanı daha sakit hiss etdirir, diqqətin dağılmasının
qarşısını alır. İnsülinin təsiri nəticəsində insanın şirniyyata olan istəyini
azaldır. Əsasəndə ürəyi şirniyyat istəyənlər, şirniyyat yerinə qəhvə içərlərsə
bu ehtiyacın yox olduğunu görəcəklər. Edilən birçox araşdırmalara görə şəkər
xəstəliyinə qarşı təsiri ola biləcəyi haqqında məlumatlar var. Yaşlı insanlarda
yaddaş gücləndirici təsirə malikdir. Qəhvənin faydaları bununla da bitmir. Eyni
zamanda ümmuniteti gücləndirdiyinə görə xəstəliklərə qarşı güclü təsiri vardır.
Ancaq qəhvə çox miqdarda içilərsə, zərərli təsirlərinın də olacağı qaçınılmazdır.
Zərərləri:Ürəy döyüntüsü problemi olan
insanlarda döyüntünü daha da sürətləndirir. Təzyiqi olan insanlarda təzyiqi
daha da yüksəldir. Gün ərzində beş fincan və daha çox qəhvə içən insanlarda
sümüy əriməsi yaradır. Axşamları qəhvə içmək yuxusuzluğa səbəb olmaqla yanaşı, həm
də səbirsizlik və əsbilik də yaradır. Qəhvə bədəndə su ifrazatını artırdığına
görə sidiyə getmək ehtiyacını da artırır. Ürək və böyrək xəstəliklərində
elektrolit tarazlığını poza bilər. Qəhvənin zərərləri bununla da bitmir. Hazır
qəhvələrdə istifadə olunan krem və şəkər qəhvənin kalorisini daha da artırır. Və
belə bir qəhvələrdən çox istifadə etmək, böyük bir hamburger yeməyə bərabərdir.
Və bu da öz növbəsində kökəlməyə səbəb olur.
Son olaraq əgər
sağlamlığınızın qeydinə qalmaq istəyirsinizsə qəhvəni gündəlik normadan çox
içməyin. Və sadə qəhvələr içməyə üstünlük verin..
Qəhvənin xeyir və zərəri nədir, kofenin xeyiri, kofenin zərəri nədir,
Yorumlar
Yorum Gönder