"Deep Web" və "Dark Web" nədir?

"Deep Web" və "Dark Web" nədir?






İlk öncə deyim ki, bir çoxları “Deep Web” ilə “Dark Web” anlamını qarışdırırlar.

“Deep Web” nədir? Sualının cavabı:

Deep Web” söz birləşməsinin Azərbaycanca mənası “Dərin internet” deməkdir. İnternetdə, axtarış sistemlərində axtarılarkən  axtarış nəticələrində çıxmayan hər bir web səhifə “Deep Web”dir desək yanılmarıq. Yəni axtarış sistemləri tərəfindən səhifələri indekslənməyən “Deep Web”ə, yəni “Dərin internet”ə daxildir. Daha sadə dildə desək Google kimi axtarış sistemləri tərəfindən səhifələri indekslənmədiyindən həmin web saytlar initernetin dərinliyinə qərq olur, tapılmır. Buna görə də, buna “Deep Web”, yəni “Dərin internet” adı verilib.


Yaxşı indi gələk əsas məsələyə, yəni sizlərin maraqla gözlədiyiniz o “maraqlı”, “qorxulu” internetə. Bir çoxları mənasını bilmədən belə bu haqda danışırlar.

İndi isə “Dark Web” nədir? Sualının cavabı:

“Dark Web” söz birləşməsinin Azərbaycanca mənası “Qaranlıq internet” deməkdir. Axtarış sistemləri bu tip saytlardakı məlumatları yaymaq istəmir. Çünki bu məlumatların çoxsu qanunsuz məhsulların satışını, narkotiklərin satışından tutmuş, gizli dövlət informasiyalarına qədər bir çox qanuna zidd olan məlumatlardan ibarətdir. Bu tip, yəni “Dark Web” tipli saytları axtarış sistemləri öz axtarış nəticələrində göstərməməsinin səbəbi isə cinayətə ortaq olmamasıdır və həmçinin saytların öz maraqları da vardır ki, axtarış nəticələrində çıxmasınlar.  Bu saytlar pul vahidi kimi bitcoin-dən istifadə edirlər. “Dark Web” saytlara təhlükəsiz daxil olmaq üçün “Tor browser” adlı proqramdan istifadə etmək lazımdır. Əslində “Dark Web”də verilən qanunazidd elanların çoxsunu FBİ kimi orqanlar, narkotikə və insan alverinə qarşı mübarizə aparan orqanlar özləri bilərəkdən verirlər və həmin insanları tora salmaq üçün bu üsuldan istifadə edirlər. Sizə tövsiyəm isə bu tip saytlara qətiyyən daxil olmamanızdır, yoxsa başınız ağrıya bilər.

"Deep Web" və "Dark Web" nədir,

Yorumlar