Banner reklamı necə düzəldilir?
İstər saytımızda boş reklam yeri üçün(“Reklam
ver” yazaraq) istərsə də, saytımıza reklam sifarişi aldığımızda bir banner
reklamını necə düzəldəcəyimizi bilməliyik. Bunun üçün sadə bir kod var ki, o
koda yalnız 2 şeyi əlavə etmək lazım gələcək. 1-cisi reklam verənin linki,
2-cisi isə reklam verənin bannerdə görünməsini istədiyi şəkil və əlbəttə ki,
əvvəlcədən seçdiyi reklam ölçüsünə görə. Məsələn; 728x90; 125x125; 468x90;
120x600; 160x600; 300x250 və s. Əlbəttə ki, bu standart banner reklam
ölçülərindən başqa siz özünüz də saytınıza uğun banner ölçülərinizi təklif edə
bilərsiniz. Kod aşağıdadır;
<table
cellspacing="0" cellpadding="0" width="728"
border="0"><tbody>
<tr height="90">
<td valign="top"
width="728"><a href="Buraya reklam olunacaq sayt
və ya səhifənin linki"><img src="Buraya şəkil linki
yaz" width="727"
height="89"
/></a></td>
</tr>
</tbody></table>
Koddan göründüyü kimi bu banner kodu 728x90
ölçülü banner üçündür. Amma siz istəsəniz ölçüləri dəyişərək digər ölçülü
bannerləri də düzəldə bilərsiniz.
Qeyd: Bannerin ölçüsü 728x90 olmasına
baxmayaraq kodda göstərildiyi kimi banner üçün şəkil 727x89 ölçüsündə
olmalıdır. Və əgər bannerin ölçüsünü dəyişsəniz, onda yenə də banner ölçüsünün
uzunluğundan və enindən 1 piksel az olmaqla şəkil qoymalısınnız.
Beləliklə reklam sifarişi vermək istəyən
müştəridən siz reklamın ölçüsünə görə şəkil və reklam olunacaq saytın və ya
səhifənin linkini alaraq koda yerləşdirib sayta əlavə edirsiniz.
Banner reklamı, banner düzəltmək, banner kodu,
Banner reklamı, banner düzəltmək, banner kodu,
Yorumlar
Yorum Gönder