Qulaqlıqları özümüz təmir edə bilərikmi?

Qulaqlıqları özümüz təmir edə bilərikmi?


Bəli bu həqiqətən də mümkündür. Bu dəfəki araşdırmamızın nəticəsində bunu öyrənmiş olacağıq. Elə isə sözü uzatmadan keçək mətləbə.
Tək tərəfi işləyən, digər tərəfi işləməyən qulaqlıqlar insanı musiqi dinləməkdən soyudur adətən. Musiqi isə demək olar ki, həyatımızın ayrılmaz bir hissəsidir. Zamanında 10-20 manat verdiyimiz qulaqlıqlar sıradan çıxır və biz buna çox məyus oluruq. Qulaqlıqların xarab olma səbəbləri səliqəsiz istifadə etmə ilə əlaqədar olmasa belə yenə də yaxşı mühafizəyə baxmayaraq tez xarab olurlar. Evimdə şkafımın siyirtməsində bir tərəfi işləməyən bir çox qulaqcıqlar var idi bu videoya rast gələnə kimi. Bu gün tək tərəfi işləməyən qulaqlıqlarınızı necə təmir edəcəyinizi göstərmək üçün internetdən bir video tapdım ümid edirəm işinizə yarayar.


Tək tərəfi xarab qulaqlığınızın təmirini siz özünüz edə bilmərəm deyirsinizsə, qulaqlıqlığınızı bir ustaya göstərməyinizi tövsiyə etməkdən başqa çarə qalmır. Onlar daxili yerlərini dəyişdirə bilərlər. Qulaqlıq onsuz da 5-10 manatdır ondansa yenisini alaram deməyib ustaya aparmaq yaxşı bir fikir kimi görünür, çünki bir kabel dəyişməsi təxminən sizə 1-2 manata başa gələcəkdir. Bu isə yenisini almaqdan daha sərfəlidir düşünürəm. Tək tərəfi xarab qulaqlıq ilə əlaqədar sizində fikirləriniz varsa mütləq şərhlərinizi eşitmək istəyərik. 

Yorumlar