Youtube videolarından GİF şəkillər necə düzəlir?

Youtube videolarından GİF şəkillər necə düzəlir?





Hal-hazırda çox məşhur olan GİF şəkillərdən Tumblr və İnstagram sosial şəbəkələrində çox istifadə olunur. Bu şəkilləri düzəltməyin bir çox yolu var. Kompüterlərdə, mobil telefonlarda proqramlar vasitəsilə, hətta internet üzərindən bəzi saytlarda online olaraq GİF düzəltmək mümkündür. Youtube da GİF-lərin bu qədər məşhurlaşdığının fərqinə varmış və artıq yeni bir funksiya əlavə etmişdir. Youtube üzərindən videoların istənilən anını GİF-ə çevirmək mümkündür. Hal-hazırda sadəcə bəzi videolarda bunu etmək mümkündür. GİF düzəltmək üçün videoların alt hissəsində yerləşən “Paylaş” bölümündəki İnstagram, E-mail və s. seçimlər bölməsinin yanına GİF bölməsi də əlavə olunub. “Paylaş” düyməsinə basdıqda, ən aşağı küncdə GİF yazısını görə bilərsiniz. Bununla videoların istənilən anını GİF kimi istifadə etmək olar. Amma Google bu yeni funksiyanı hələ test kimi yoxladığı üçün bununla bağlı elə də böyük informasiya verməyib. Bu funksiyanın gələcəkdə bütün videolara da əlavə olunması internet üzərində GİF şəkillərin sayının ciddi şəkildə artacağını gözləməyə qənaət verir.

Yorumlar