Google eynəklərinin xüsusiyyətləri nədir?

Google eynəklərinin xüsusiyyətləri nədir?




Bu eynəklər doğurdan  da bir çox maraqlı funksiyalara malikdir. Deməli bu eynəklər normal bir eynəkdən şüşə və çərçivələrinə görə çox fərqlənir. Həmçinin digər eynəklərdən daha öndə duraraq sizə daima üzərinizdə GPS funksiyası daşıma şansı verir. Buna daha da aydın şəkildə izah versək, siz istədiyiniz məlumata sahib olacaq qədər zəngin informasiyanı üzərinizdə daşımış olursunuz. Bu, həqiqətən də, texnologiyanın son nöqtəsidir. Onun funksiyaları arasında 3G və 4G özəlliklərinə də rast gəlmək mümkündür. Eynəyin ən diqqət çəkən özəlliklərindən biri isə naviqasiya sisteminin olmasıdır. Yəni siz getmək istədiyiniz yerin xəritəsini gözünüzün önünə gətirməklə yolu asanlıqla tapacaqsınız. Bu xəritəni sağa və sola hərəkət etdirmək üçün baş hərəkətlərdən istifadə etmək lazımdır. Bunun ən yaxşı tərəfi isə odur ki, siz dostlarınıza hansısa yerin ünvanını tərif etmək məcburiyyətində qalmırsınız. Bunun əvəzində onları bu inanılmaz eynəyin öhdəsinə buraxırsınız. Görüntü keyfiyyətinin isə çox yüksək olacağı bildirilib. Qısacası, 21-ci əsrin böyük kəşflərindən biri olan bu inanılmaz eynəklər bir çox mükəmməl funksiyaları ilə qarşınızda olacaq. Gələcəkdə eynəyə bir sıra digər funksiyaların da əlavə olunacağı söylənilir.


Yorumlar