Qəhvənin xeyir və zərəri nədir?

Qəhvənin xeyir və zərəri nədir?




Faydaları:Həzm prosesini az da olsa sürətləndirməyə kömək edir, insanın enerjisini artırır. Əsasən beyində qan dövranını yaxşılaşdırır, insanı daha sakit hiss etdirir, diqqətin dağılmasının qarşısını alır. İnsülinin təsiri nəticəsində insanın şirniyyata olan istəyini azaldır. Əsasəndə ürəyi şirniyyat istəyənlər, şirniyyat yerinə qəhvə içərlərsə bu ehtiyacın yox olduğunu görəcəklər. Edilən birçox araşdırmalara görə şəkər xəstəliyinə qarşı təsiri ola biləcəyi haqqında məlumatlar var. Yaşlı insanlarda yaddaş gücləndirici təsirə malikdir. Qəhvənin faydaları bununla da bitmir. Eyni zamanda ümmuniteti gücləndirdiyinə görə xəstəliklərə qarşı güclü təsiri vardır. Ancaq qəhvə çox miqdarda içilərsə, zərərli təsirlərinın də olacağı qaçınılmazdır.

Zərərləri:Ürəy döyüntüsü problemi olan insanlarda döyüntünü daha da sürətləndirir. Təzyiqi olan insanlarda təzyiqi daha da yüksəldir. Gün ərzində beş fincan və daha çox qəhvə içən insanlarda sümüy əriməsi yaradır. Axşamları qəhvə içmək yuxusuzluğa səbəb olmaqla yanaşı, həm də səbirsizlik və əsbilik də yaradır. Qəhvə bədəndə su ifrazatını artırdığına görə sidiyə getmək ehtiyacını da artırır. Ürək və böyrək xəstəliklərində elektrolit tarazlığını poza bilər. Qəhvənin zərərləri bununla da bitmir. Hazır qəhvələrdə istifadə olunan krem və şəkər qəhvənin kalorisini daha da artırır. Və belə bir qəhvələrdən çox istifadə etmək, böyük bir hamburger yeməyə bərabərdir. Və bu da öz növbəsində kökəlməyə səbəb olur.
Son olaraq əgər sağlamlığınızın qeydinə qalmaq istəyirsinizsə qəhvəni gündəlik normadan çox içməyin. Və sadə qəhvələr içməyə üstünlük verin.. 
Qəhvənin xeyir və zərəri nədir, kofenin xeyiri, kofenin zərəri nədir,

Yorumlar