Ən yaxşı 5 CMP reklam şirkəti

Ən yaxşı 5 CMP reklam şirkəti



Əgər “Göstərim başına pul ödəyən reklamlar və ya CPM nədir?” məqaləsini oxumamısınızsa, oxumanızı məsləhət görürəm.

İlk öncə onu bildirim ki, Ən yaxşı 5 CMP reklam şirkətini seçərkən onu aşağıdakı səbəblərə görə seçəcəyik:

1)  Dünyaca tanınmış, populyar reklam şirkəti olsun, çünki belə şirkətlər “scam”, yəni saxta olmur, qazandığımız pulları vaxtında ödəyir və s. yaxşı üstünlükləri olur.
2)  Ödəmə üsulları bizə sərf etsin və Azərbaycanda ödəmə ala bilək. Məsələn; Bank yolu ilə, Webmoney, Payza, Bitcoin, Scrill və s.
3)  Ən əsas səbəblərdən biri 1000 göstərim başına yaxşı pul versin və s.

Beləliklə ən yaxşı 5 CPM(1000 göstərim başına ödəyən) reklam şirkəti:

1.    Təbii ki, Adsense. Düzdür qeydiyyat prosesi biraz çətindir, amma bunu etiraf etməliyik ki, Adsense dünyanın lider reklam şirkətidir, istər klik başına ödəmədə, istərsə də göstərim başına ödəmədə
2. Adsterra reklam şirkəti də göstərim başına yaxşı pul ödəyənlərdəndir. Həm də Webmoney ödəmə üsulu da var. Adsterra reklam şirkətində buradan qeydiyyatdan keçə bilərsiniz.
3.    CPMaffilation saytı ödəmələrini avro ilə etdiyindən daha cazibədar görünür. cpmaffiliation.com
4.    Propellerads saytı istənilən sayta popup reklamını anında qəbul edir, amma banner reklamı üçün günlük göstərim çox olmalıdır.
5. Advmaker.net Rusiyanın reklam şirkətlərindəndir. Webmoney ödəmə üsulu da var.

Beləliklə daha çox qazanmaq üçün bu reklam şirkətlərindən 3-ündə qeydiyyatdan keçərək saytınızda hərəsindən 3 banner yerləşdirsəniz, saytınıza gələn hər ziyartəçi hesabına ümumilikdə 9 baxış əldə edəcəksiniz. Bu dolayı yolla olsa da sonda eyni mənaya gəlir. Nəticədə gün ərzində saytınıza 1000 nəfər gəldiyini hesab etsək, bu 9000 unikal baxış edir. 


1000 göstərim başına ödəyən reklam şirkəti, Ən yaxşı 5 CMP reklam şirkəti, göstərim başına pul ödəyən reklam şirkətləri, banner reklam şirkətləri, cpm adsnetworks,

Yorumlar