Saytımızdan necə pul qazana bilərik?

Saytımızdan necə pul qazana bilərik?



Web saytımızdan necə pul qazana bilərik? sualına cavab tapmaq istəyirsinizsə onda bu məqaləni yaxşı oxuyun. Web saytdan pul qazanmağın onlarla yolu vardır. Onlardan bir neçəsini sayıram.

1)  Ən çox istifadə ediləni əlbəttə ki, reklamdır. Amma saytda nəyisə reklam etməyin də bir neçə üsulu vardır. Vaxtla qoyulan banner reklamı(həftəlik, aylıq)-bu reklam tipinin qiyməti sizin özünüzdən asılıdır, həmçinin bu qiymət sizin saytınızın, bloqunuzun trafikinə bağlıdır və əlbəttə ki, reklamın vaxtına və ölçülərinə görə dəyişir. Biraz da sadə dildə desək misal üçün mən saytımda boş banner reklamı yerləşdirirəm və orada “Reklam ver” yazıram və həmin banneri əvvəlcədən hazırladığım bir səhifəyə bağlayıram. Beləliklə əvvəlcədən hazırladığım səhifədə reklamın vaxtını, ölçülərini və əlbəttə ki, qiymətlərini yazıram. Saytıma daxil olan insanlar o banneri(“Reklam ver” bannerini) gördükdə və əgər reklam vermək fikiri varsa o mütləq həmin bannerə klik edərək bu barədə maraqlanacaqdır. Və ən əsası isə reklam vermək istəyənləri saytınıza cəlb etmək və bunun uğurlu olmasını istəyyirsinizsə, onda saytınızın ümumi bir mövzusu olmalıdır. Çünki reklam vermək istəyən şəxs öz malını, xidmətini və ya saytını, bloqunu ona uyğun olan, müvafiq olan yerdə reklam olunmasını istəyəcək ki, onun reklamı da uğurlu olsun. Sadə dildə desək mən şirniyyat dükanının reklamını mətbəxə, kulinariyaya aid saytda, bloqda reklam vermək istəyərəm, nəyin ki, oyunlardan bəhs edən saytda. Siz desəniz ki, amma mən qarışıq mövzuda yazıram, bəs bu necə olacaq? Bəli bu da olar, amma gərək onda saytınızın trafiki daha çox olsun ki, heç olmasa orada rekam vermək istəyən trafikinizin çox olmasına görə orada reklam verə bilər.
2)  Öz saytımızdan pul qazanma yollarından ikincisi isə yenə də reklamdır, amma bu dəfə reklamı reklam şəbəkələrindən götürməklə saytımızda yerləşdirəcəyik. Bir çox reklam tipləri var. Onlardan, CPC-“Cost per Click” yəni hər klik başı ödəyən reklam növü; CPM- “Cost per Mille” yəni hər 1000 göstərim başına ödəmə; Popup reklamları-bu reklamları saytınızda yerləşdirdikdə saytınıza gələn ziyarətçilər istənilən bir yerə klik etdikdə məcburi şəkildə növbəti reklam pəncərəsi açılır. Reklam şəbəkələrindən götürülərəkk saytınızda yerləşdirəcəyiniz əsas reklam tiplərini hələlik qısa da olsa izah etdim. Növbəti yazılarımda bunların hərəsi barədə tək-tək ətraflı məqalələr yazaraq, bu sahədə ən yaxşı reklam şəbəkələrini də sizlərə izah edəcəyəm.
3)  Link qısaltmaqla-bəli bu da bir reklam tipidir, desək yanılmarıq. Adından da göründüyü kimi bu tip reklam şəbəkələrində saytınızın istənilən linklərini, bölmələrini və ya istəsəniz “Full page” yəni bütün saytdakı linkləri kodlayaraq saytınızda hər edilən klikdən pul qazana bilərsiniz. Lakin bu zaman ziyarətçi kliklədiyi məqaləni oxumaq üçün link qısaltma servisinn göstərdiyi  saniyəlik reklamı gözləyib keçməlidir. Beləliklə qısaltdığınız link və ya linklər 1000 dəfə klikləndikdə siz 1 dollardan tutmuş 5 dollara kimi pul qazana bilərsiniz. Bu həmin link qısaltma servisindən asılıdır. Bu reklam tipi qədər də hələlik bu qədər.
4)  Əgər saytınız proqramlara aid saytıdırsa, onda siz PPİ(Per pey install) ilə yəni “hər quraşdırılan proqrama” görə pul qazana bilərsiniz. Qeyd etmək istəyirəm ki, bu yolla ayda 1000-lərlə dollar qazanan xarci saytlar da vardır. Növbəti yazılarımı təqib etsəniz, bu barədə daha ətraflı yazacağam. Bu tip reklamların ən yaxşı 10-luğunu tərtib edərək, ən yaxşı pul verənləri və ən məsləhətlisini qeyd edəcəyəm.
5)  Yox əgər saytınz yükləmələrə aid bir saytdırsa yenə də siz öz saytınızdan əla pul qazana bilərsiniz. Necə? Sadəcə PPD(Per pey Download) saytlarının ən yaxışılarından birində qeydiyyatdan keçərək dərhal pul qazanmağa başlaya bilərsiniz. Belə ki, saytınızın yüklmə saytı olduğunu nəzərə alsaq, onda hər gün yeni yükləmək üçün sayta əlavə etdiyiniz faylları qeydiyyatdan keçdiyiniz PPD saytının hostuna yükləyərək sizə verilən yükləmə linkini saytınızda yerləşdirirsiniz və fayllarınız yükləndikcə siz pul qazanırsınız. Əladır. Hər 1000 yükləməyə 1 dollardan tutmuş hətta 20 dollar verən saytlar da var. Amma baxır siz faylı harada yüklətdirəcəksiniz, yəni ölkə baxımından. Hər halda qane edəcəkdir, əgər saytınızın trafiki varsa. Yenə bu barədə də növbəti yazılarımda daha ətraflı...
6)  Tutaq ki, sizin saytınız oyunlardan bəhs edən bir saytdır. Onda siz saytınızda müvafiq reklam növündən istifadə etməklə yenə də yaxşı pullar qazana bilərsiniz. Bunu isə “affilate marketing”in bir qolu olan CPL(Cost per Lead) ilə yəni “hər qeydiyyatdan keçirtdiyiniz adama görə” pul qazanacaqsınız. Bu tipdə hər 1000 deyil hər 1 qeydiyyatdan söz gedir. Ona görə də bu yolla saytınızda haqqında yazacağınız bir oyunun affilate linkini yerləşdirərək pul qazana bilərsiniz.
7)  Saytımızdan pul qazanmağın digər bir yolu isə tanıtma yazısıdır. Misal üçün saytımızın mövzusu “internetdən pul qazanmaq”dan bəhs edirsə, onda pul qazanmaq barədə olan öz yeni layihəsini tanıtmaq istəyənlər saytımızın mövzusuna uyğun gəldiyi üçün bizə reklam verəcəklər. Və biz bu məqaləni razılaşaraq reklamverənin layihəsini yeni yazımızda yazaraq saytımızda paylaşırıq.


Hələlik bu qədər, qeyd edim ki, öz saytımızdan bir çox yollarla pul qazana bilərik, hansı ki, onların çoxunu burada qeyd etməmişəm. Növbəti yazılarda...Rəy bildirin, siz də öz bildiklərinizi bizlərlə paylaşın.

İnternetdən pul qazanmaq, online pul qazanmaq, para kazanma, onlnie para kazanma, make money, saytdan necə pul qazanırlar, saytdan pul qazanmaq, reklam şirkətləri bardə, reklam şirkətləri, popup reklamları, cpc reklamları, cpm reklamları, link qısaltma reklamları, saytıma hansı reklamı qoya bilərəm, banner reklamı, sayta reklam yerləşdirmək, proqram quraşdırmaqla pul qazanmaq, yüklə pul qazan, qeydiyyatdan keçirtməklə pul qazanmaq, 

Yorumlar