Pulsuz professional sayt və ya bloq necə açmaq olar?

Pulsuz professional sayt və ya bloq necə açmaq olar?




Mən sizə əminliklə deyə bilərəm ki, tam professional saytlardan, bloqlardan heç də geri qalmayan, əksinə Google-un xüsusi dəstəyi olduğuna görə bir çox üstünlüyü olan Blogger-də bloq və ya sayt açıb ona 1-ci dərəcəli domen alaraq və Blogger-in daimi və limitsiz hostundan istifadə edərək tam istədiyiniz saytı və ya bloqu aça bilərsiniz. Düzdür əvvəl Blogger-də bloq açdıqda o çox qarma-qarışıq görünsə də, onu mənim dediklərimlə tam bir professional saytlardan, bloqlardan fərqlənməyəcək qədər gözəl görünüşlü edə bilərsiniz. Yuxarıda qeyd etdiyim kimi Blogger-in əsas üstünlüyü odur ki, 1-cisi Google-un dəstəyi nəticəsində axtarışlarda ilk sıralara asanlıqla çıxa bilirik(əlbəttə ki, SEO qaydalarına əməl etsəniz. Bilməyənlər SEO haqqında saytda axtarış edərək məlumat əldə edə bilərsiniz). 2-ci üstünlüyü isə ömür boyu limitsiz hosting(Bu barədə də saytda məqalələr var) xidməti verməsidir ki, bunu da digər hosting saytlarında aylıq və ya illik müəyyən qiymətlərə əldə edirik. Blogger isə bu xidmətləri bizə tamamilə pulsuz və limitsiz verir. Üstəlik Blogger-də açdığımız bloqa 1-ci dərəcəli domen alaraq onu daha da professional şəkilə gətirə bilirik. Yəni açdığımız bloqu saytadı.blogspot.com=>saytadı.com domeninə keçirə bilirik. Bunu necə edəcəyimizi növbəti yazılarımda göstərəcəyəm. Ümumiyyətlə Blogger-də bir bloqu professional bir bloq kimi istifadə etmək üçün sıfırdan başlayaraq A-dan Z-yə kimi nələr lazımdırsa hamısını yazılarımda göstərəcəyəm. Siz yalnız 10 dollar kimi bir kiçik məqbləğ ödəməklə domen alacaqsınız, vəssalam başqa heç bir şeyə pul verməyəcəksiniz. Başlıqda pulsuz ona görə yazmışam ki, əslində bir professional sayt açmağa lazım olan pul 10 dollardan qat-qat çoxdur. Amma mən sizə yalnız 10 dollara(Onu da domenə, saytınızın adına) necə bir professional sayt və ya bloq açmaq olar onu göstərəcəyəm. Bu açdığınız saytdan və ya bloqdan necə pul qazanacağınızı da sizə izah edəcəyəm. Siz yalnız bizi izləyin...

pulsuz sayt açmaq, pulsuz sayt bloq yaratmaq, pulsuz sayt aç, free site make crate, bedava site kurmak, Pulsuz professional sayt və ya bloq necə açmaq olar,

Yorumlar

Yorum Gönder