Göstərim başına pul ödəyən reklamlar və ya CPM nədir?

Göstərim başına pul ödəyən reklamlar və ya CPM nədir?



Saytlarından pul qazanmaq istəyənlərin ilk öncə və ən çox axtardıqları yollardan biri CPM(Cost per Mille), yəni “1000 göstərim başına ödəmə” reklamlarıdır ki, bunun da səbəbi asan və sərfəli olmasıdır. Çünki saytınıza gələn ziyarətçilər saytınızdakı reklama klikləməsələr də belə sizin reklamınız görüntüləndiyi üçün artıq CPM-in dəyərinə görə pul qazanmısınız. Və nəzərə alsaq ki, əksər CPM reklam şirkətləri orta hesabla hər səhifədə 3 banner yerləşdirməyə icazə verir, onda bu göstərim sayı 3-ə vurulur. Yəni sizin sayta gün ərzində 1000 nəfər daxil olarsa bunu 3-ə vurduqda 3000 göstərim olacaq və hesab etsək ki, sizin istifadə etdiyiniz CPM reklam şirkəti 1000 göstərim başına 1 dollar verirsə, onda siz artıq 3 dollar qazanmış olacaqsınız. Ona görə də CPM reklam şirkətlərindən ən yaxşı pul ödəyənlərdən seçmək lazımdır ki, daha çox qazanasınız.

Bundan başqa CPM reklam şirkətləri unikal və ya qeyri-unikal trafik qəbuluna gör də 2 yerə bölünür. Unikal trafik eyni cihazdan və ya eyni İP-dən 24 saat ərzində 1 dəfə daxil olmaqdır, yəni 2-ci və ya 100-cü dəfə daxil olarsa da belə o yalnız 1 dəfə hesablanacaqdır. 24 saatdan sonra yenidən daxil olduqda o yenidən hesablanacaqdır. Bunu sadə dildə izah etsəm: Tutaq ki, sizin sayta daxil olan ziyarətçilərdən biri eyni cihazdan(Kompüterdən, smartfondan və s.) və ya İP-dən gün ərzində bir neçə dəfə daxil olubsa və əgər sizin istifadə etdiyiniz CPM reklam şirkəti unikal trafik qəbul edirsə, onda o trafik 1 dəfə hesablanacaqdır. Ən yaxşı CPM reklam şirkətləri barədə saytımızda məqalə vardır. Azərbaycanda reklam şirkətləri yeni-yeni yarandığından bu reklam növündə ümumiyyətlə reklam şirkəti yoxdur. CPM reklam şirkətlərinin ən yaxşısını seçmək üçün bizi izləyin. 

Göstərim başına pul ödəyən reklamlar və ya CPM nədir, cpm nedir, reklam şirkətləri, reklamlardan pul qazanma, CPM ads, ads networks,

Yorumlar