Fəlsəfi sözlərin mənaları

Fəlsəfi sözlərin mənaları (A hərfi ilə başlayanlar)



"Ctrl+F" düymələrinə basaraq axtardığınız sözü yazıb "enter" edərək tapa bilərsiniz.

ABSTRAKSİYA nədir?
mücərrədlik. Elmi tədqiqat metodudur. Obyektiv aləmi dərk etməyə istiqamətlənmişdir.

ABSTRAKT nədir?
tamın bir tərəfi, birtərəfli, sadə, inkişaf etməmiş olan hissəsi.

ACUN nədir?
əski türkcədə çox işlənənən kəlmələrdəndir. Dünya, yer üzü, mənalarına gəlir.

ADAPTASİYA nədir? –insanların yeni etnik mühitə uyğunlaşmasına deyilir. Ümumi mənada fəlsəfədə uyğunlaşma, həmahəng olmağa deyilir. Adaptasiya və ya akkomodasiya ən çox biologiyada işlədilir, misal üçün növlərin adaptasiyası.

ADEKVAT nədir?
bir-birinə uyan, uyğun gələn, həmahəng olan deməkdir. Misal üçün adekvat tədbirlər, adekvat fikirlər və s.

Adekvatlıq nədir?
mahiyyət etibarı ilə digər qarşılığını tam mənası ilə qarşılayan, ehtiva edən düşüncə tərzidir.

AKKULTURASİYA nədir?
mədəniyyətlərin qarşılıqlı nüfuzu deməkdir. Bu halda müstəqil mədəniyyətlərin öz əvvəlki modelləri dəyişikliyə məruz qalır.

AKSİDENSİYA nədir?
əşyanın mühümdən, substansional olandan fərqli müvəqqəti, keçici, qeyri mühüm xassəsi. Aksidenisya termini əvəzinə dilimizdə daha çox tarixən ərəz termini işlənilirdi. Bu anlamda aksidensiya nisbətən, yeni, modern bir termindir və avropa mənşəli hesab olunur.

AKSİOLOGİYA nədir?
dəyərlər mahiyyətinin fəlsəfi tədqiqi. Aksiologiya termini mədəniyyətşünaslığın və fəlsəfənin ortaq termini kimi götürülməlidir, çünki hər iki elm sahəsi mümkün imkanlarından istifadə edərək bu vəya digər dərəcədə insani dəyərlər sistemini və onun cəmiyyətdəki yerini öyrənir.

AKSİOM nədir?
dəlilə, sübuta ehtiyacı olmayan deməkdir. Aksiomlar elə nəzəri ifadələrdir ki, onların doğruluğuna, düzgünlüyünə etibar etməmək mümkün deyil.

AKSİYA nədir?
hərəkət, fəaliyyət. Aksiya elə bir hərəkətdir ki, insanın hər hansı bir xarici səbəblə deyil, birbaşa istəkdən qaynaqlanır. Aksiyaların arxasında müstəqil iradə dayanır. Aksiya kəlməsi müasir sosioloji anlam kimi daha geniş mənalarda işlənməkdədir. İnsanların toplaşaraq hər hansı bir məkanda planlayaraq keçirdikləri kütləvi etiraz nümayişləri ilə eyni mənada da işlədilir.

AKT nədir?
Hərəkət, iş, reallaşdırma, aktlaşdırma, həyata keçirmə mənaları ilə üst-üstə düşür

AKTİVİZM nədir?
fəallıq, yaxud qətiyyət. İnsanın həyatının və fikirlərinin əsas reallığının təsirdən, iş və fəaliyyətlərdən ibarət olduğunu önə sürən nəzəriyyə yaxud dünyagörüşü tərzidir. Aktivizm kəlməsinin kökü act-dir.

AKTUAL nədir?
içərisində olduğumuz zaman kəsiyi üçün bir mənası, əhəmiyyəti olan, danışılan anda ortaya çıxan, yaxud da var olan deməkdir. Sözün kökünə hərəkətin tərzini bildir – al şəkilçisi artı- rılmışdır. Aktual sözü dilimizdə müxtəlif anlamlarda işlənməkdədir. Belə ki, hər hansı bir hal və hərəkətin, yaxud şeyin lazımlılıq, vaciblik dərəcəsini bildirmək üçün işlədilir. Yaxud da həqiqi olan, təsirli olan və ya ola bilən vəziyyətdə olmaq deməkdir.

AKTUALLAİDIRMA nədir?
anlam olaraq varlığın dəyişkənliyini bildirən məfhumdur. Bu dəyişkənlik əsasən var olan şeyin zərurətini üzə çıxartmaqdan ötrü istifadə edilir.

AQNOZİA nədir?
hiss orqanlarında hər hansı bir pozğunluq, yaxud, əksiklik olmamasına rəğmən idrakın olmaması, pozulması. Kəlmə yunan dilindən digər dillərə keçmişdir. Hərfi mənada bilinməyən, məlum olmayan deməkdir. Sokrata görə aqnozia fəlsəfədə sualları cavablamaq üçün əsas istinadgahın olmaması, yaxud hardan başlayacağını bilməməyə deyilir. Söz mənşəcə yunan sözüdür. Bizim dilimizə isə rus – avropa kanalı vasitəsilə transfer edilmişdir.

ALTERNATİV nədir?
seçimdə müqayisə, iki şey arasında qeyri-könüllü seçim aparmaq. Fəlsəfədə hər hansı biri qəbul olunduğu təqdirdə digəri kənarda qalan, keçərsiz hesab edilən prinsiplərdir. Bir-birini qarşılıqlı istisna edən iki ya daha çox imkandan birini seçmək zərurəti.

ALQORİTM nədir?
eyni tipdən olan bütün məsələlərin həllinə doğru aparan əməliyyatların, bir sıra sistemin müəyyən qaydada yerinə yetirilməsi haqqında dəqiq göstərişdir.

ALOGİZM nədir?
məntiqi təfəkkürün rolunun həqiqətə çatmağın vasitəsi olmasının inkar edilməsi, yaxud kiçildilməsinə alogizm deyilir. Alogizm insan təfəkkürünə, əqli imkanlarına neqativ münasibətin formalaşmasıdır.

ALTRUİZM nədir?
başqa adamlara təmənnasız xidmət göstərilməsindən, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməkdən ibarət əxlaqi prinsip. Başqa sözlə desək, alturizm bir insanın öz həyatını bir digərinə qurban verməsidir.

AMİL nədir?
Obyektiv və subyektiv şərtlərdən asılı olaraq həlledici ünsür, yaxud hər hansı bir şərtləndirici. Hərfi anlamda amil işi görən, məmul isə görülən iş mənasındadır.

AMORALİZM nədir?
əxlaqsızlıq, əxlaqdan kənar davranış tərzi deməkdir. Fəlsəfi anlamda isə hər cür əxlaqın inkarı, əxlaq qanunlarından imtina, xeyir və şərin fövqündə durmağa cəhd olunmasıdır.

ANTİNOMİYA nədir?
İki qanun və ya qayda arasındakı təzad, qanunların, qaydaların, prinsiplərin bir-birinə tərs düşməsi. Yunan mənşəli kəlmədir.

ANALİZ və SİNTEZ nədir?
Analiz elə bir prosesin məcmusudur ki, tamı hissələrinə bölüb ayırma, yəni ən ümumi mənada bütövün fikrən, yaxud faktik olarak tərkib hissələrinə bölünməsi və bütövün tərkib hissələrinin birləşib bütövü əmələ gətirməsi prosesləri. Sintez isə həm birşeyi və ya hadisəni küll halında, onu təşkiledən hissələri arasındakı qarşılıqlı əlaqə və vəhdəti daxilində tədqiq etmə üsulu ya da bəsit maddə və ya elementləri birləşdirmə yolu ilə mürəkkəb kimyəvi birləşmələr alma.

ANALİTİK nədir?
Analitik informasiyanı daha ətraflı, izahlı xəbər deməkdir.

ANALOQ nədir?
uyğunluq, oxşarlıq, loqosa uyğun olan; Hərfi mənada bənzəyən, oxşar olan deməkdir. Yunan dilindən alınmışdır. Aristotelə görə müxtəlif şeylərə uyğunlaşa bilib eyni mənada onun əvəzinə də keçərli olan termindir. Misal üçün yaxşı hava yaxud yaxşı əşya və s. Digər mənada isə bir terminin bir başqasına olan nisbətinin, bir üçüncünün dördüncüyə olan nisbəti ilə eyni əlaqədə olmasına deyilir.

ANALOGİYA nədir?
eyniyyət təşkil etməyən obyektlərin bəzi cəhətlərdən keyfiyyətcə, münasibətcə oxşarlığı deməkdir. Hərfi mənada bənzərlik mənasını verir.

ANARXİZM nədir?
hərc-mərclik, başıpozuqluq, kütlənin nəzarətindən kənar, demokratizm prinsiplərinə uymayan hərəkətlər. Hər cür hakimiyyətə və dövlətə düşməncəsinə yanaşan, xırda xüsusi mülkiyyətin mənafeyini və xırda kəndli təsərrüfatını cəmiyyətin iri istehsala əsaslanan tərəqqisinə qarşı xırda burjua ictimai-siyasi cərəyanıdır. Anarxiya hər hansı bir kiçik sosial cəmiyyətdə də ola bilər.

ANİMİZM nədir?
ruhlardan qaynaqlanan hal və ya hərəkətlərin varlığını önə sürən dünyagörüşü. Şamanist dini təlimlərdə mövcuddur. Olan hadisələrin, baş verənlərin ruhlar aləminə bağlı olan qüdrətdən qaynaqlandığını, bilavasitə ruhlarla əlaqələndirldiyi dini təsəvvür

ANTAQONİST nədir?
ictimai inkişaf ziddiyyətlərinin keyfiyyətcə müxtəlif tipləri. Antoqonizm isə bir-birinə tam ziddiyət deməkdir.

ANTROPOMORFİZM nədir?
insan xüsusiyətləri başqa bir varlığa, xüusilə də Tanrıya aid edilməsi. 

ANTROPOLOGİYA nədir?
canlı varlıq olaraq insanı və onun tarixin müxtəlif ictimai iqtisadi formasiyalarında inkişaf tarixini araşdıran təbiət elmidir. Fəlsəfədə mövzusu sırf insan olan elmdir. Konkret həyatı və həqiqətdəki yeri baxımından insanın özü və özünün quruluşu haqqında fəlsəfi elmi təlimdir.

ANTİK nədir?
e.ə. VII əsrin sonundan qədim yunan quldarlıq cəmiyyətində, e. ə. II əsrdən başlayaraq eramızın VI əsrinin əvvəllə- rinədək Qədim Roma quldarlıq cəmiyyətində inkişaf etdirilmiş fəlsəfi təlimlərin məcmusu. "Antik fəlsəfə" anlayışı altında Qədim Yunanıstanda və Qədim Romada yaranan fəlsəfə nəzərdə tutulur, bu səbəbdən bu ölkələrin fəlsəfəsi aid olduqları bölgələrinin adı ilə deyil məhz bu terminlə ifadə edilirdi. Fəlsəfədə antik dövr təxmini olaraq er.əv. VII və b.er. VI əsrlərini əhatə edir. Termin olaraq isə yunancaya məxsusdur, lakin avropada isə adətə bu söz ancient olaraq məlumdur.

ANTİLOGİZM nədir?
məntiqin düsturu olub qəti sillogizmin mühakimələrinin onun nəticəsinin inkarı ilə bir araya gəlməməsini ifadə edir. Anti şəkilçisi dilimizdə mövcud olan ön çəkilçilərdən hesab olunur. Azərbaycan dilində na, bi, la, anti, a və s. Kəliçilər mövcuddur ki, bunlar da əsasən ya ərəb-fars mənşəli, yaxud da Avropalı mənşəli şəkilçilər olaraq məlumdur. Anti şəkilçisi sözlərin qarşısında gəldikdə sözə adətən əks anlam verir.

ANTİNOMİYA nədir?
mühakimənin gedişində bir-birinə zidd, lakin eyni dərəcədə əsas- Fəlsəfə terminlərinin izahlı lüğəti 21 landırılmış hökmün meydana gəlməsi. Misal üçün, Semantik antinomiyalar. Antinomiya anlayışı antik dövrdə meydana gəlmişdir.

ANTİSİPASİYA nədir?  
qabaqgörənlik, bir şey haqqında qabaqcadan yaranmış təsəvvür. Hadisənin gedişatını qabaqcadan xəbər vermək.

ANTİTEZİS nədir?

fəlsəfi məntiqdə inkişaf prosesində əsas müddəanın inkarı; tezisə qarşı qoyulan müddəa. Antitezis Hegel triadasının ünsürlərindən biridir. Tezis irəli sürülən müddəadırsa, antitezis bu iddianın qarşı- sına irəli sürülən fikir, iddiadır.

ANTROPOGENEZ nədir?
insanın ictimai varlıq kimi meydana gəlməsi və inkişafı prosesinə deyilir. Yunancada anthoropos – insan və genesis – mənşə mənalarını ifadə edir.

ANTROPOLOGIZM nədir?
materializmdə insanın təbiətin ən yüksək və kamil məhsulu olması haqqında dünyagörüşü forması; bu dünyagörüşünə görə insanı yaxından dərk edib qavraya bilsək elə təbiətdə mövcud olan sirli – soraqlı məsələləri də açıb ortaya qoya bilər, onlardan agah ola bilərik, çünki insanın cismani fəaliyyətinin üzvi vəhdətində təbiətin bütün məhsuldar qüvvələri iştirak edir.

ANTROPOMORFİZM nədir?
insana xas olan xassə və xususiyyətlərin xarici təbiət qüvvələrinə köçürülməsi və bunların uydurma əfsanəvi varlıqlara [allahlara, ruhlara və s.] aid edilməsi. Termin olaraq antroporfizmə uyğundur. Ən əski dinlərdən müasir səmavi dinlərə qədər gəlib çatmışdır. 

ANTROPOSOSİOLOGİYA nədir?
antropologiya elminin məlumatlarını təhrif edərək ayrı-ayrı adamların və onların qruplarının sosial vəziyyətlərinin insanın anatomik-fizioloji əlamətləri ilə bilavasitə əlaqəsini müəyyən edən və bu əsasda da ictimai hadisələri nəzərdən keçirən sosioloji nəzəriyyə.

ANTROPOSOFİYA nədir?
mistik dekadentçilik təlimi, teosofiyanın formalarından biri.

APORİA nədir?
Bir məsələdə ortaya çıxan problemin həllinin tapıla bilməməsi vəziyyəti, çıxış yolunun olmaması. Ümumiyyətlə natiqin mövzunun hansı istiqamətindən getməsi lazım gəldiyini, mövzuya haradan başlanıb harada qurtaracağı, nə deyiləcəyi haqqında yolunu itirdiyi vəziyyətin adı olaraq ya da natiqin nə söyləyəcəyini yaxud nə düşünəcəyini bilmədiyi bir vəziyyətdə müraciət etdiyi, ümumiyyətlə ediləsi şübhə ifadəsi olaraq təyin olunar.

APATİYA nədir?
laqeydlik vəziyyəti, müəyyən hərəkətlərə meylin, istəyin olmaması. Çox vaxt ali sinir fəaliyyətinin pozulması nəticəsində olur. Yunan dilindən tərcümədə ehtirasızlıq, hissizlik kimi tərcümə olunur. Apatiya şəxsdə hər hansı bir hadisə nəticəsində ortaya çıxa bilər, yaxud bu duyğusuzluq vəziyyəti onda fitrətən mövcud ola bilər. Psixologiyada çox işlənən bir termin kimi apatiya adətən sinir fəaliyyətinin pozulması olaraq xarakterizə edilir. Stoiklərdə çox rast gələn bir hal olaraq, Şərq dini fəlsəfi baxışları, xüsusilə mütləq sükunətin Fəlsəfə terminlərinin izahlı lüğəti 23 insan ruhunun yüksək halı olan nirvana haqqında buddizm və caynizm təlimləri təsir göstərmişdir.

APEYRON nədir?
əbədi hərəkətdə olan, sonsuz, qeyri-müəyyən, keyfiyyətsiz materiyanı ifadə etmək üçün Anaksimandrın tətbiq etdiyi anlayış. Yunan dilindən Avropa dillərinə keçmişdir, hərfi mənada sonsuz, hüdudsuz deməkdir.

APODEYTİKA nədir?
qəti sübut olunan şey, mütləq səhih biliyi ifadə etmək üçün anlayış. Yunan dilindən dilimizə hərfi tərcümədə inandırıcı mənasına uyğun gəlir.

APOLOGETİKA nədir?
teologiyanın bir sahəsi. Termin öz başlanğıcını qədim yunancadan götürmüşdür. Lakin daha sonralar apologetiklər xristianlıqda da mövcud olmuşlar və indi bu termin daha çox xristianlıqda müdafiə mövqeyindən çıxış edənlər kimi bir anlam qazanmışdır.

APORİYA nədir?
çətin vəziyyət. Yunancadan avropa dillərinə keçmişdir. Çətin həll olunan problemi ifadə etmək üçün qədim yunan fəlsəfəsində işlədilən anlayış anlamını verir.

APOSTERİORİ nədir?
aprioridən fərqli olaraq, təcrübədən alınmış biliyi ifadə edən termin. ―Sonradan gələn mənasındakı latın dilindən keçmə fəlsəfi anlayış. Tez-tez ―sonradan gələn məlumat mənasında istifadə edilər və təcrübə, hisslərlə əldə edilən məlumatı ifadə edər. Klassik alman filosofu Kantdan sonra məlumat fəlsəfəsindəki təməl anlayışlardan birini meydana gətirır. 

APPERSEPSİYA nədir?
[lat. ad-doğru, perseptio qavrayış] – hər bir yeni qavrayışın insanın əvvəlki həyat təcrübəsindən və qavrayış anında onun psixi vəziyyətindən asılılığı.

APRİORİ nədir?
[alm.=fr.=ing. A priori; lat. A priori - əvvəldən, əvvəlcədən olan; osm. tr. kabli] – Təcrübədən asılı olmayan, amma təcrübəylə canlandırılabilən, şüuruna varıla bilən bilik. Apriori bilik təcrübəsindən kənarda qalan biliyin doğru qəbul edilməsidir. Hər cürə təcrübədən əvvəl, yalnız ağıla əsaslanaraq qəbul olunan, əvvəlcədən mənimsənilən, qanunlardan çıxarılan sırf teorik anlamda qəbul edilə bilən. İdealist fəlsəfədə termin, aposterioridən fərqli olaraq təcrübədən əvvəl və təcrübədən asılı olmadan əldə edilən və başlanğıc şüura xas biliyi ifadə edir.

APROBASİYA nədir?
nəzəri olaraq qurulmuş metodların, hesablamaların, xüsusilədə iqtisadi olaraq proqnozlaşdırılmış modellərin təcrübədə, həqiqi həyatda sınaqdan keçirilməsi.

Aprobativ etika nədir?
[lat. approbatio – bəyənilmə] – əxlaq haqqında idealist nəzəriyyədir.

ARREQASİYA nədir? siyasi qərarları qəbul edənlərin qarşılıqlı bərabərliyinin qorunması.

ARXETİP nədir?
hər şeyin ona görə həyata keçirildiyi düşünülən əsas ideya. Mundus archetypus: həqiqət dünyasında hər şeyin onlara görə həyata keçirildiyi ideyalar, ilk prinsiplər dünyası.

ARI nədir?
1- Saf, arı, arınmış 2- irmaq, dərə. Tarix boyu bəzi millətlər və xalqlar öz millətinin saflığı, təmizliyi və qarışıqsızlığı Fəlsəfə terminlərinin izahlı lüğəti 25 ideyasını əllərində bayraq tutaraq irqin ariliyi nəzəriyyəsindən mənfəətlərinə uyğun faydalanmışlar.

ARPA nədir?
əski türkcədə sehr, tilsim, şamanist ənənələrdə qamların oxuduğu dua deməkdir.

ARVİİ nədir?
sehr, tilsimli, sirli hal və xüsusiyyətlər, türkcədir.

ARQUMENT nədir?
[alm.=fr.=ing. Argument; lat. Argumentum; osm. tr. delil; ər. مُدن ;tr. Kanıt]
gətirilən dəlilin əsası. Nəyinsə tərifinin sübutunun əsasında dayanan şey. Hər hansı bir tərifin əsaslandığı yaxud onun doğru və yaxud yalnış olduğunu ortaya qoyan prinsip. Əsası latıncadan götürülmüşdür.

Arguere nədir?
göstərmək, tanıtmaq, açıqlamaq mənalarını verir. Dilimizdə daha çox ərəbcədən keçmə dəlil ifadəsi işlənir. Misal üçün; Məsələni aydınlaşdırmaq üçün daha əsaslı bir arqument gətir. Yaxud; gətirdiyiniz arqumentlər kifayət etmir, daha açıq bir dəlilə ehtiyac var.

ASSİMİLASİYA nədir?
(ing. assimliation)
qarşılıqlı mənəvi nüfuzetmə. Assimliyasiya müxtəlif elm sahələrində mövcuddur. Belə ki, istər dilçilikdə, istər biologiyada, istərsə də sosiologiyada assimliyasiya aid olduğu elmin xarakterik xüsusiyyətlərinə və tədqiqi metodologiyasına tabe olaraq özünəməxsus anlamlar ifadə edir.

ASKETİZM nədir?
[alm. Askese, asketik; fr. Ascetisme; ing. Ascetism; osm. tr. zühdiyye; yun. Askein den – məşq edirəm] 1. Ümumi olaraq ənənəvi, ayinlərdə təbii fəaliyyətləri, hissi-yyatları imkan olduğu qədər azaltmağa çalışmaq şərtilə özünün və nəfsinin öhdəsindən gəlmə vərdişlərinin aşılanmsı. Asketizmi bəzən dünyəvi olanlardan uzaqlaşmaq kimi də xarakterizə edirlər. Asketik həyat formasını sufizmlə eyniləşdirənlər də vardır.

ASSOSİASİYA nədir?
Tamın hissələri arasında olan bağllılıq, əlaqələnmə, birləşmə və s. Müasir anlamda assosiasiyalar qruplaşmış birliklər, ittifaqlar, təşkilatlar mənasında işlədilir.

ASTRONOMİYA nədir?
göy cisimləri, onların sistemləri və kosmik materiyanın başqa formalarının vəziyyəti, hərəkəti, quruluşu və inkişafı haqqında elm. Yunancada astron ulduz, nomos isə qanun, qayda deməkdir. Astronomiya elmi Şərqdə özünəməxsus adla nücum elmi adlandırılmışdır. Nücum hərfi mənada ulduzlar deməkdir. Bu elm qədimdən bəzi xalqlarda tayfalarda mövcud olmuşdur.

ATARAKSİYA nədir?
ruhi rahatlıq və sakitlik vəziyyəti, bəzi qədim yunan filosoflarının fikrincə ataraktiv hala mütəfəkkir, dühalar, sufilər nail ola bilir. Xüsusilə də, Stoa fəlsəfəsində insanın davranışları ilə psixoloji təlimin məqsədi, ideyası olaraq ortaya çıxan və mütləq yaxşı olaraq xarakterizə edilən ruhi hüzur, sakinlik, dərdlərdən arınmış olma halı. Ataraktiv vəziyyət günümüzdə daha çox sufilərin asketik hallarına bənzəyir. Belə ki, bütün bu hal və məziyyətlər əslində insan ruhunun maddi olanlardan arınaraq onlardan üstün olan, onların fövqündə dayanan ruhi halları kəsb etmədir. Yalnız bu formada insan özünün daxili məninə təskinlik verir və maddi gərginliklərdən və sıxıntılardan xilas olur. Bu və ya bu qəbildən olan təcrübə halları, psixoloji təlimlər həm islam- Fəlsəfə terminlərinin izahlı lüğəti 27 da, həm digər səmavi dinlərdə, eləcə də qeyri-səmavi dinlərdə də müxtəlif dövrlərdə fərqli formalarda təzahür etmişdir.

ATEİZM nədir?
Tanrını rədd etmək, təbiətdə və kainatda Tanrının rolunu danmaq. Sovet hakimiyyəti dövründə Sovet İttifaqına daxil olan ölkələrdə və kommunizmin hakim olduğu dövlətlərdə Marksizm – Leninizm fəlsəfəsi əsasında elmi ateizm geniş tədris edilirdi. Elmi ateizm Tanrının varlı- ğının təhrif edilməsi ideyasını elmi dəlillər və arqumentlərə dayanaraq əsaslandırırdı. Ərəbcədə isə daha çox ilhad termini işlədilir. Ateizm a – teos – yəni hərfi anlamda Tanrının inkarı deməkdir. Bu cür baxışlar sistemi sadəcə islamdan, xristinalıqdan və yəhudilikdən bizə məlum olan Tanrı anlayışını deyil, hər növ dini iman və etiqadi sistemlərdə Tanrı və Tanrı adına olan hər varlığı inkar edir.

ATƏİGAH nədir?
atəşpərəst məbədi, ibadətgah. Sözün sonuna artırılan atəş+gah şəkilçisi fasrcada yer və məkan bildirir. Misal üçün xanəgah, ibadətgah və s. Atəşgah sözünün özündən də göründüyü kimi bu məbəddə əsas olan od, alov olmuşdur. İndi də dünyanın fərqli yerlərində mövcud olan atəşgahlarda insanlar toplaşaraq oda, alova sitayiş edirdilər. Azərbaycanda da zərdüştlərin qədim sitayiş yerləri olan atəşgahlar tarixi abidələr kimi qorunub saxlanılır.

ATOM nədir?
bölünməyən, parçalanmayan. Qədim dövrdən bəri mütəfəkkirləri, filosofları düşündürən əsas məsələlərdən biri də təbiətin ən kiçik bölünməyən parçası, hissəsi olmuşdur. Antik  28 yunan filosofları bunlara a-tomos [bölünməyən, parçalanmayan] deyirdilər. Daha sonraları atomlar maddənin ən kiçik bölünməz zərrəcikləri kimi xarakterizə edilirdi. Bu ideyanın əsasını qoyan filosof alim isə Jon Dalton olmuşdur. Bu təlim elmdə atomistika kimi məşhur idi.

ATRİBUT nədir?
qalıcı, əsas xüsusiyyətlər, sifətlər. Söz latın mənşəlidir, hərfi mənada verirəm, bəxş edirəm deməkdir. Müasir anlamda çox işlənir. Misal üçün, dövlətin atributları, təşkilatın atributları və s. Azərbaycan dövlətinin himninin atributlarını onun sözləri və musiqisi təşkil edir. Atributlar elə şeylərdir ki, onlarsız həmin varlıq, şey yaxud predmet nə düşüncədə nə də reallıqda mövcud ola bilməz.

ATA nədir?
ata, ulu əcdad, bilgə. Əski bir kəlmə olub, qədim oğuz dilindən bu yana işlədilməkdədir. Valideyn mənasında çox işlənir. Lakin fərqli anlamlarda da daşıyır. Misal üçün; ulu, hörmətə layiq insan, dədə, baba mənasında, ad və soyadın bağlandığı əcdad yaxud da bilgə, mütəfəkkir mənalarını verir.



ATAHAN nədir?
qurucu, böyük. Ata+han sözlərinin kombinasiyasından yaranmışdır. Əski türklərdə atahan deyimi əsasən dövlətin ilk qurucusuna deyilirdi, çünki bəzən dövlət onun adı ilə adlandırılırdı. Misal üçün; Osmanlı dövləti – Osman; Teymurilər Dövləti – Əmir Teymur və s.

ATALAY nədir?
məşhur olan adam. Bəzi qədim türkcəni araşdıran tədqiqatlarda bu sözün əslində Atillanın adından atilay şəklində törədiyini iddia edənlər var. Hərfi anlamda isə məşhur olmuş, Fəlsəfə terminlərinin izahlı lüğəti 29 ortaya çıxmış, öz cəsarəti və şücaətinə görə fərqlənmiş şəxslərə şamil edilirdi.

ATASAGUN nədir?
ulu həkim. Ata+saqun sözlərinin kombinasiyasından əmələ gəlmişdir. Saqun şamanist təlimlərdə ən yaxşı özünü göstərən fərqlənən qamlar üçün işlədilirdi. Hərfi anlamda ən yaxşı müalicə edən, dərdə dərman edən adam deməkdir.

AVERROİZM nədir?
Orta əsrlərdə Qərbdə ortaya çıxmış fəlsəfi təlim. Sözün kökündə dayanan Averroes müsəlman aləmində İbn Rüşd kimi tanınır. Orta əsr fəlsəfəsində İbn Rüşdün ideyalarını tədris edən və yayanlara averroistlər adını verirdilər. Qərbin ənə- nəvi kilsə fəlsəfəsi Orta əsrlər Avropa Universitetlərinə nüfuz edən və tədris edilən averroizmin qarşısını alır, bu təlimin ardıcılını isə lənətləyib yandırırdılar.

AVESTA nədir?
Zərdüştiliyin müqəddəs kitablar külliyyatı. Bəzi tədqiqatlara görə bu kitab Makedoniyalı İsgəndərin səfəri əsnasında onun tərəfindən yararlı hesab edilməmiş və yandırılmışdır. Tarixçilər Avestanın inək dərilərinə yazıldığını iddia edirlər. Lakin sonrada onun vedalar adlanan müxtəlif parçaları bərpa edilmişdir.

AVROPASENTRİZM nədir?
avropasayağılıq. Sözün kökündən də göründüyü kimi, bu dünyagörüşü formasında Avropa elmi-mədəni məkan olaraq önə çəkilir. Tarixi etibarı ilə daha müasir olan bu təlimdə cəmiyyətdə mövcud olan bütün yaxşı dəyərlərin, elmin, incəsənətin, fəlsəfənin, ədəbiyyatın və s. Avropadan qaynaqlandığı və ya oradan təsirləndiyi qeyd olunur. 

AVTOXTONLUQ nədir?
(yun. Autochthon; ru – местный – коренной) – yaxud aborigenlik; bir xalqın, yaxud millətin hər hansı bir yerə, bölgəyə, regiona aid olması, yerli əhali hesab edilməsi.

AVTONOMİYA nədir?
[yun. auto – öz və nomos] – yunancadan digər Avropa dillərinə keçən bu terminin hərfi mənası özünü idarə etmə deməkdir. Termnin ingiliscədən dilimizə bir mənası da autonomous - muxtariyyət anlamındadır.

AVTORİTARIİZM nədir?
Latın dilində təşəbbüscü, müəllif bani yaradıcı və s.mənaları verən avtoritarlıq qeyri-demokratik rejimləri və onlara uyğun olan siyasi şüur formalarını ifadə etmək üçün işlədilir. Avtoritarizm nəzəriyyəsi XIX əsrin başlanğıcında J.de Mentr və L.de Bonald kimi ulturamühafizəkar nəzəriyyəçilər tərəfindən işlənib hazırlanmışdır. (Fransa inqilabına və sosialist hərakatına cavab olaraq ).

AVTORİTET nədir?
termin olaraq nüfuz, etibar, səlahiyyət və s. Anlamlar ifadə edir. Misal üçün, Avtoritet qazanmaq. Avtoritetdən düşmək. Nüfuzlu adam.

AZADLIQ nədir?
bağlı olmamaq, kiminsə təsiri altında qalmamaq, məcbur edilməmək, hər növ xarici istəkdən arınmış olmaq. Fəlsəfi anlayış; insanların idrak və zərurətə yiyələnməsi vasitəsi ilə nail olduğu real sərbəstlik. Azadlıq anarxiya və hərcmərclikdən ciddi şəkildə fərqlənir. Azadlığın əsasında demokratizm və humanizm dayanmırsa azadlıq başıpozuqluğa və hərcmərcliyə çevrilir. Dilimizdə azadlıqla Fəlsəfə terminlərinin izahlı lüğəti 31 yanaşı hürriyyət terminindən də istifadə edilirdi. Misal üçün; hürr insan = azad insan.

AVVAM nədir?
kütlə, insan təbəqəsi, avamlar. Ərəbcədə avvam adlandırılan bu insan təbəqəsi guya Haqdan xüsusi bilik, işarə, yaxud zəka almamışlar. Bu səbəbdən onlar sözlərin daxilinə nüfuz edə bilmir, onlar ancaq hərfi anlamda qəbul edirlər.

AYƏ nədir?
[ayə. ərəbcədən hərfi mənası işarə, əlamət deməkdir. Qurani Kərimin surələri təşkil edən cümlələrə ayə deyilir. Allahın varlığını və peyğəmbərlərin peyğəmbərliyini təsdiq etmək üçün göstərilən möcüzələrə də ayə deyilir.

ARXETİP nədir?
[ing. Archetype; yun. Archetupos]
ideya yaxud ilkin başlanğıc. Antik fəlsəfənin sonlarında timsal, ideya. Yunancada arche – başlanğıc, əvvəl, tupos – forma, nümunə demək idi.

AFFEKT nədir?
[ing. Affect; lat. affectus] ruhi həyəcan. İnsanın hallardan və ehtirasdan [hissdən] fərqli olaraq güclü, gərgin olaraq baş verən və nisbətən qısa müddətli olan emosional həyəcanı, qəzəbi, dəhşəti və s. Affekt kəskin ifadəli hərəkətlərlə [spesifik mimika və əl hərəkətləri] və səs reaksiyaları [ağlama, qışqırıq] ilə də müşayiət olunur.

AYAN nədir?
sabit olan varlıqlar. Əyan sözünün kökündə dayanan eyn kəlməsinin hərfi mənaları göz, nəzər, bulaq, mənbə və s. dir. Müsəlman Şərqi fəlsəfəsində zatı mümkün olan varlıqların Allahın elmindəki həqiqətləri əyani sabitələrdir.

AFFITSİRLƏİMƏ nədir?
Qərb filosofu Kant tərəfindən ortaya çıxarılan və onun fəlsəfəsində işlək bir söz olan bu termin məna olaraq predmetin hiss üzvlərinə təsir etmə qabiliyyətini ifadə edir.

AKÇORA nədir?
Yaxşılıq mələyi. Ak və çora sözlərinin birləşmə- sindən əmələ gəlmişdir. Şamanizmdə daha çox təsadüf olunur. Şamanist adət ənələrdə akçora xeyir gətirən mələk kimi xarakterizə edilirdi.

AKSİOM nədir?
[alm. Axiom; fr. Axiome; ing. Axiom; yun. Axiama. osm. tr. mütearife; ər. ] dəlilə ehtiyac olmadan qəbul edilən müddəadır. Aksiomlar irəli sürülən elə təkliflərdir ki, onların düzgünlüyü, dəqiqliyi müzakirə mövzusu deyil. Aksiomlar adətən məlum həqiqətlər olur. Adətən riyaziyyata hər hansı bir yeni bölmə və ya anlayış daxil edildikdə bu yeni bölmə bir sıra qəbul edilmiş mülahizələr əsasında qurulur. Belə mülahizələr sistem daxilində aksiom adlanır.

AVAR nədir?
Heybətlilik, inadkarlıq. Əski türkcədə abar şəklində işlənilirdi. Bu sözdən törəyən abartmaq, abartı ifadəsi də mövcuddur. Abartmaq nəyisə şişirtmək. Mübaliğə etmək deməkdir. Avar adında xalq da mövcuddur.

AYIRD nədir?
Fərq, müxtəliflik. Dilimizdə hazırda ayırd etmək ifadəsi mövcuddur.

Mənbə: Adilə Nəzərova  "Fəlsəfi terminlərin izahlı lüğəti"

Nədir, mənası nədir, sözünün mənası nədir, nə deməkdir, nedir, sozunun menasi nedir, ne demekdir,

Yorumlar

Yorum Gönder