Blogger-də sıfırdan necə bloq açmaq olar?

Blogger-də sıfırdan bloq açmaq


1-ci addım: Artıq əlavələri aradan qaldırmaq:

İlk öncə əgər PULSUZ PROFESSIONAL SAYT VƏ YA BLOQ NECƏ AÇMAQ OLAR?  yazımı oxumadınızsa onu oxumaqla başlamanızı məsləhət görürəm.
Addım-addım öz gözlərinizlə necə gözəl bir bloqun açılmasını görəcəksiniz.



Əgər Google-da Gmail hesabınız varsa, onda elə birbaşa Bloger.com saytına daxil olaraq “Yeni bloq” bölməsindən bloqunuzu açmağa başlaya bilərsiniz. Blogger-də bizə yaxın olan dil Türkçə olduğuna görə saytın dilini Türk dilinə çevirməyinizi məsləhət görürə ki, daha yaxşı başa düşəsiniz. Aşağıdakı şəkildə gördüyünüz kimi ilk öncə “Başlıq” qismində bloqunuzun başlığınzı yazın. Mən test bloqumda “mənim bloqum” yazmışam. Adres bölməsinə isə bloqunuzun adresinin əvvəlini yazın. Mən şəkildə gördüyünüz kimi testbloq1.bloqspot.com olaraq qeyd etmişəm. Şablon bölməsinddə isə ən 1-ci şablonu, yəni temanı seçib “Blog oluştur” butonuna klikləyirik.




Daha sonra Blogger-in sol tərəfdəki menyular bölməsindən “Yerləşim” bölümünə daxil oluruq. Yerləşim bölməsinə daxil olduqdan sonra bir neçə “Gadget”lər görəcəksiniz. Bu “Gadget”lərdən “Navbar” adlı “Gadget”in düzənlə butonuna klikləyib, onu açırıq və “kapalı” seçimini aktiv edərək “kaydet” butonuna klikləyib, həmin pəncərədən avtomatik çıxırıq.


 Daha sonra “Navbar” “Gadget”i kimi “Haqqımda” və “Blog arşivi” “Gadget”lərini də açaraq “kaldır” butonuna klikləyərək həmin “Gadget”ləri silirik. Sonra “Düzenlemeyi kaydet” butonuna klikləyib, etdiyimiz əməliyyatları yaddaşa veririk. Bundan sonra bloqumuzu digər pəncərədə açaraq onun son görüntüsünə, hansı halda olduğuna baxırıq. Demək olar ki, bloqumuzun 80 faizi hazırdır. Bundan sonra biz “Kayıtlar” bölməsinə daxil olaraq yeni yazılar yazmağa başlaya bilərik. Hələlik bu qədər, növbəti yazıları izləyin...

Yorumlar