Banner reklamı necə düzəldilir?

Banner reklamı necə düzəldilir?



İstər saytımızda boş reklam yeri üçün(“Reklam ver” yazaraq) istərsə də, saytımıza reklam sifarişi aldığımızda bir banner reklamını necə düzəldəcəyimizi bilməliyik. Bunun üçün sadə bir kod var ki, o koda yalnız 2 şeyi əlavə etmək lazım gələcək. 1-cisi reklam verənin linki, 2-cisi isə reklam verənin bannerdə görünməsini istədiyi şəkil və əlbəttə ki, əvvəlcədən seçdiyi reklam ölçüsünə görə. Məsələn; 728x90; 125x125; 468x90; 120x600; 160x600; 300x250 və s. Əlbəttə ki, bu standart banner reklam ölçülərindən başqa siz özünüz də saytınıza uğun banner ölçülərinizi təklif edə bilərsiniz. Kod aşağıdadır;

<table cellspacing="0" cellpadding="0" width="728" border="0"><tbody>
    <tr height="90">
      <td valign="top" width="728"><a href="Buraya reklam olunacaq sayt və ya səhifənin linki"><img  src="Buraya şəkil linki yaz" width="727" height="89" /></a></td>
    </tr>
  </tbody></table>

Koddan göründüyü kimi bu banner kodu 728x90 ölçülü banner üçündür. Amma siz istəsəniz ölçüləri dəyişərək digər ölçülü bannerləri də düzəldə bilərsiniz.

Qeyd: Bannerin ölçüsü 728x90 olmasına baxmayaraq kodda göstərildiyi kimi banner üçün şəkil 727x89 ölçüsündə olmalıdır. Və əgər bannerin ölçüsünü dəyişsəniz, onda yenə də banner ölçüsünün uzunluğundan və enindən 1 piksel az olmaqla şəkil qoymalısınnız.

Beləliklə reklam sifarişi vermək istəyən müştəridən siz reklamın ölçüsünə görə şəkil və reklam olunacaq saytın və ya səhifənin linkini alaraq koda yerləşdirib sayta əlavə edirsiniz.

Banner reklamı, banner düzəltmək, banner kodu, 

Yorumlar