Google eynəklərinin xüsusiyyətləri nədir?

Bu eynəklər doğurdan da bir çox maraqlı funksiyalara malikdir. Deməli
bu eynəklər normal bir eynəkdən şüşə və çərçivələrinə görə çox fərqlənir. Həmçinin
digər eynəklərdən daha öndə duraraq sizə daima üzərinizdə GPS funksiyası daşıma
şansı verir. Buna daha da aydın şəkildə izah versək, siz istədiyiniz məlumata
sahib olacaq qədər zəngin informasiyanı üzərinizdə daşımış olursunuz. Bu, həqiqətən
də, texnologiyanın son nöqtəsidir. Onun funksiyaları arasında 3G və 4G özəlliklərinə
də rast gəlmək mümkündür. Eynəyin ən diqqət çəkən özəlliklərindən biri isə
naviqasiya sisteminin olmasıdır. Yəni siz getmək istədiyiniz yerin xəritəsini
gözünüzün önünə gətirməklə yolu asanlıqla tapacaqsınız. Bu xəritəni sağa və
sola hərəkət etdirmək üçün baş hərəkətlərdən istifadə etmək lazımdır. Bunun ən
yaxşı tərəfi isə odur ki, siz dostlarınıza hansısa yerin ünvanını tərif etmək məcburiyyətində
qalmırsınız. Bunun əvəzində onları bu inanılmaz eynəyin öhdəsinə buraxırsınız.
Görüntü keyfiyyətinin isə çox yüksək olacağı bildirilib. Qısacası, 21-ci əsrin
böyük kəşflərindən biri olan bu inanılmaz eynəklər bir çox mükəmməl
funksiyaları ilə qarşınızda olacaq. Gələcəkdə eynəyə bir sıra digər
funksiyaların da əlavə olunacağı söylənilir.
Yorumlar
Yorum Gönder