
Qazaxıstanda
Birdən Yatırlar Və Bir Neçə Gün Oyanmırlar
Qazaxıstanın qəsəbələrinin birində 2
ildir ki, çox əsrarəngiz bir hadisə baş verir. Gündüz vaxtı insanlar birdən
yuxuya gedib günlərlə oyanmırlar. 2 ildir ki, təxminən 100 nəfərin yaşadığı bu
qəribə hadisənin hələ dəqiq bir açıqlaması yoxdur və birdən yuxuya gedənlərin
sayı gün keçdikcə artır. Sentyabr ayında ən son görünən ani yatma anında 8
məktəb uşağı 1 saat içində yatmağa başladı və bir neçə gün oyanmadı. Birdən
yuxuya gedənləri xəstəxanaya aparan bir təcili tibbi yardım maşının sürücüsü 60
nəfəri qısa zaman içərisində xəstəxanaya apardığını deyib. Əsrarəngiz qəsəbə
Qazaxıstanın paytaxtı Astanadan 450
km məsafədə yerləşir və SSRİ zamanında gizli zona elan edilib.
Regionda işləyən bir uran ocağı 1980-ci ildə bağlanmışdır. Əsrarəngiz qəsəbədəki bu
hadisə ilə bağlı bu ana qədər aparılan araşdırma nəticəsində ciddi səbəb
göstərilə bilən açıqlama hələ edilməyib.
Yorumlar
Yorum Gönder